21 May 2025
Rusiya Şərqi Avropadakı nüvə obyektlərini vura biləcəyi ilə bağlı xəbərdarlıq edib

Rusiya Şərqi Avropadakı nüvə obyektlərini vura biləcəyi ilə bağlı xəbərdarlıq edib

Rusiya Şərqi Avropadakı nüvə obyektlərini vura biləcəyi ilə bağlı xəbərdarlıq edib

09 İyul 2023 12:06 | Baxış sayı: 490

“Smolensk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər”.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib.

“Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna AES, Rovno AES və Xmelnitski AES-ə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Artıq burada çəkinməli bir şey yoxdur”- deyə, o qeyd edib.

Bazar günü bəzi teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk AES-ə raketlərlə hücum etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.