Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Rusiya ordusu Baxmutda təşəbbüsü itirib
18 May 2023 16:53 | Baxış sayı: 509
Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində təşəbbüsü itirib.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, Rusiya Müdafiə Nazirliyi də Ukrayna ordusunun Baxmutdakı uğurlarını təsdiqləyib: “Ukrayna qoşunları xüsusilə şəhərin Boqdanovka və İvanovski rayonları istiqamətində irəliləyir”.
Qərb analitiklərinin fikrincə, Ukraynanın əks-hücumları məhdud olsa da, qarşı tərəfin hücum əməliyyatlarının qarşısını alır və onları müdafiə mövqeyinə çəkilməyə məcbur edir.
Qeyd edək ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirmişdi ki, Baxmutda 20 kvadrat kilometr ərazi işğaldan azad olunub.
Xatırladaq ki, təxminən 8 aydır ki, Baxmutda gərgin döyüşlər gedir.