20 Aprel 2025
Ruhaninin referendum təklifi qəbul edilmədi

Ruhaninin referendum təklifi qəbul edilmədi

Ruhaninin referendum təklifi qəbul edilmədi

20 Aprel 2023 01:00 | Baxış sayı: 596

İranda yenidən böyük siyasətə qayıtmaq istəyən keçmiş prezident Həsən Ruhaninin baş örtüyü və idarəetmə sistemi barədə referendum keçirmək təklifi Ali Rəhbər Ayətullah Əli Xamenei tərəfindən tənqid atəşinə tutulub.

H. Ruhani yenidən siyasətə qayıtmaq və növbəti parlament seçkilərində iştirak etmək niyyətini ifadə edib. Bir müddət səssiz qalan sabiq prezident artıq fəallaşıb və ölkədə baş verən hadisələrə münasibətini bildirir.

Ötən ilin sentyabrından başlayan kütləvi aksiyalar İranda ictimai-siyasi sabitliyi demək olar tamamilə pozub. Aksiyaçılar ölkənin idarəetmə sisteminin dəyişməsini tələb edirlər. Bunu nəzərə alan H. Ruhani elektorat toplamağa səy göstərir. Onun idarəetmə sisteminin və baş örtüyü məsələsinin referenduma çıxarılmasını təklif etməsi də təsadüfi deyil.

Lakin onun təklifi Ali Rəhbər tərəfindən rədd edilib. Əli Xamenei qeyd edib ki, hər məsələni referenduma çıxarmaq doğru deyil. İranda parlament və prezidenti xalq seçir, onlar da xalqın sözünü deyir. Odur ki, əlavə xərc çəkib referendum keçirməyə ehtiyac yoxdur.

Xatırladaq ki, son iki ayda İranda kütləvi aksiyalar səngisə də, bəzi şəhərlərdə “Diktatora ölüm!” şüarları ilə aksiyalar hələ də keçirilməkdədir.