20 Aprel 2025
Roma Papasının son durumu AÇIQLANDI

Roma Papasının son durumu AÇIQLANDI

Roma Papasının son durumu AÇIQLANDI

02 Mart 2025 15:48 | Baxış sayı: 333

Roma Papası Fransiskin bronxospazmdan sonra vəziyyəti sabit qiymətləndirilir.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatında deyilir.


Bildirilir ki, pontifik qeyri-invaziv süni ventilyasiya almağa davam edir.


Xatırladaq ki, Roma Katolik Kilsəsinin 88 yaşlı rəhbəri fevralın 14-dən xəstəxanadadır. Ona tənəffüs yollarının infeksiyası səbəbindən ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Fevralın 22-də və bir gün əvvəl tənəffüs tutmaları olub. "Report"