Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə DAVA - TƏFƏRRÜAT
7 dəqiqə əvvəlRamiz Mehdiyevin adını siyahıdan sildilər - FOTO
20 İyul 2023 06:21 | Baxış sayı: 566
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) eks-prezidenti Ramiz Mehdiyevin adı qurumun saytında sabiq prezidentlər siyahısında yer almayıb.
AJMEDİA.İNFO xəbər verir ki, qurumun science.gov.az saytında “AMEA haqqında” bölümündə 10 keçmiş prezidentin adı yer alıb, lakin R. Mehdiyevin adı qeyd olunmayıb.
Xatırladaq ki, R. Mehdiyev 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib.
Qeyd edək ki, hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir.