SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlQurban Qurbanov Şahruddinlə bağlı QƏRAR VERDİ
25 Avqust 2023 02:50 | Baxış sayı: 886
Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) matçının heyəti açıqlanıb.
Sfera.az xəbər verir ki, son bəzi matçlarda ciddi səhvlərə yol verən qapıçı Şahruddin Məhəmmədəliyev bu görüşdə start heyətdə yer almayıb. Q.Qurbanov gürcüstanlı qapıçı Luka Quqeşaşvilini start 11-liyə daxil edib. Şahruddin və yeni qapıçı Andrey Lunyev ehtiyatda yer alıblar.
Xatırladaq ki, “Olimpiya” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.