SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“Qızıl top” mükafatının qalibi bəlli olub
29 Oktyabr 2024 03:42 | Baxış sayı: 414
“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub.
“Report” xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilib.
"Real Madrid" komandası mərasimi boykot etdiyi üçün tədbirdə iştirak etməyib.
Beləliklə İngiltərənin "Mançester Siti" komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, “Qızıl top”un son qalibi 2023-cü ildə Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının üzvü Lionel Messi olub.
Bundan başqa İspaniyanın “Real Madrid” komandasının italiyalı baş məşqçisi Karlo Ançelotti ilin ən yaxşı baş məşqçisi seçilib, Argentina millisinin qolkiperi Emiliano Martines “Lev Yaşin” mükafatına layiq görülüb.