20 Aprel 2025
Qaribaşvili: Avro-Atlantik inteqrasiya xarici siyasət prioritetimiz olaraq qalır

Qaribaşvili: Avro-Atlantik inteqrasiya xarici siyasət prioritetimiz olaraq qalır

Qaribaşvili: Avro-Atlantik inteqrasiya xarici siyasət prioritetimiz olaraq qalır

25 Aprel 2023 15:53 | Baxış sayı: 500

Biz NATO ilə siyasi dialoqu və praktiki əməkdaşlığı bütün istiqamətlərdə daha da dərinləşdirməyə hazırıq.

Bunu Brüsseldə səfərdə olan Gürcüstan Baş naziri İrakli Qaribaşvili Yens Stoltenberqlə mətbuata birgə açıqlaması zamanı deyib. Hökumət başçısı görüşün hazırki təlatümlü təhlükəsizlik çağırışları fonunda baş tutduğunu xatırladıb.

    O əlavə edib ki, Ukraynadakı müharibə həm Gürcüstan, həm region, həm də Avropanın təhlükəsizlik arxitekturası üçün ciddi çağırışdır.

    Baş nazir qeyd edib ki, Gürcüstanın özünün davam edən Rusiya işğalı problemi var.

    “Gürcüstan etibarlı tərəfdaşlardan biri kimi alyansın missiyalarına töhfə verməyə dair yaxşı təcrübəyə malikdir. Biz Avro-Atlantik sülh və təhlükəsizliyə töhfə veririk və bu, hər kəsə məlumdur”, - deyə hökumət başçısı bildirib.

    Qaribaşvili vurğulayıb ki, Avro-Atlantik inteqrasiya Gürcüstan xarici siyasətinin əsas prioriteti olaraq qalır.