Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Putin hələ də Ukraynanı darmadağın edə biləcəyinə inanır
12 Aprel 2023 13:28 | Baxış sayı: 529
Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynanı darmadağın edə biləcəyinə inandığı üçün danışıqlara ciddi yanaşmır.
Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirib.
Universitetdə çıxışı zamanı MKİ direktoru bildirib ki, Ukraynanın planlaşdırdığı əks-hücum əməliyyatı çox vacibdir, çünki məhz Silahlı Qüvvələrin döyüş meydanında irəliləməsi çox güman ki, danışıqlar perspektivini formalaşdıracaq.
“Əsl ölkələr müqavimət göstərir. Putin müharibədən əvvəl Ukrayna ilə bağlı fərziyyələrində dərindən yanılmışdı”, - Börns vurğulayıb.
O əlavə edib ki, kəşfiyyat məlumatlarının mübadiləsi də daxil olmaqla, ABŞ-dən Ukraynaya gələcək dəstəyin davam etdirilməsi çox vacibdir.