20 Aprel 2025
Paşinyanın müavini Ermənistanın KTMT-dən çıxacağı barədə sualı cavablandırmaqdan yayınıb

Paşinyanın müavini Ermənistanın KTMT-dən çıxacağı barədə sualı cavablandırmaqdan yayınıb

Paşinyanın müavini Ermənistanın KTMT-dən çıxacağı barədə sualı cavablandırmaqdan yayınıb

21 İyun 2023 14:06 | Baxış sayı: 588

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ölkəsinin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatından (KTMT) çıxmaq barədə suala cavab verməkdən yayınıb.

“Ermənistan KTMT-də üzvlüyünü dayandırmaq və yaxud dondurmağa hazırlaşırmı” sualına M.Qriqoryan “bu kimi suallar rəsmi mövqedən nəzərdən keçirilməlidir” cavabını verib.

O, məsələnin bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasında müzakirə olunduğu barədə suala da cavab vermək istəməyib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qərbin KTMT sıralarında parçalanma yaratmaq barədə bəyanatı və bu prosesdə Ermənistanın da rol oynadığına deməsinə gəlincə, M.Qriqoryan sadəcə bu sahədə problemlərin mövcudluğunu təsdiqləyib.

“Problemlər mövcuddur və onlar sizə də yaxşı məlumdur - bu barədə açıq şəkildə demişik. Bunun təşkilat üçün hansı nəticələrə gətirib çıxaracağını özünüz qiymətləndirin”, - o söyləyib.