Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
dünən 13:01Paşinyandan "mühacir Qarabağ hökuməti"nə SƏRT XƏBƏRDARLIQ
28 Mart 2024 10:03 | Baxış sayı: 399
Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər edirlər.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər edir, mühacirətdə hökumət elan edir və s. addımlar atırlar.
Baş nazir qeyd edib ki, Ermənistan mühacirətdə olan belə bir "hökuməti" tanımır.
“Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur", - Nikol Paşinyan hökumətin bugünkü iclasında qeyd edib. (Lent.az)