SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlPapas Fransisk sabah Vatikanda Zelenskini qəbul edə bilər
12 May 2023 02:06 | Baxış sayı: 605
Roma Papası Fransisk sabah Vatikanda Ukrayna lideri Vladimir Zelenskini qəbul edə bilər.
Alman mətbuatının yazdığına görə, yaxın günlərdə Zelenski Berlində kansler Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə görüşəcək.
Roma görüşü də bu proqrama daxil ola bilər.
Agentlik vurğulayır ki, hələlik Zelenskinin İtaliya və Vatikana səfərinin rəsmi təsdiqi yoxdur.
Bundan əvvəl Roma Papası Fransisk Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlar masası arxasına oturmalı olduğunu bildirib.