Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
dünən 13:01“O bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi” - İlham Əliyev
14 Fevral 2024 14:14 | Baxış sayı: 436
“Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.
Dövlət başçısı bildirib ki, Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz: “Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”.