Pensiya yaşı azaldıldı - Bu şəxslər artıq...
17 saat əvvəl"Nömrəsini üç dəfə dəyişib, xanımını..." - Azərbaycanlı biznesmenin oğurlanmasının TƏFƏRRÜATI
30 Aprel 2025 17:26 | Baxış sayı: 260
Ukraynanın Odessa şəhərində itkin düşən azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov barəsində yeni təfərrüat məlum olub.
AJMEDİA.İNFO Oxu.Az-a istinadən xəbər verir ki, biznesmen aprelin 16-sı Odessa şəhərində idman zalına gedib və bir daha geri qayıtmayıb.
O bildirib ki, idman zalından Fərhad Osmanovun çıxması kameralar tərəfindən qeydə alınıb:
"Bir neçə naməlum şəxs tərəfindən maşına əyləşdirilir və aparılır. Hara aparılır, niyə aparılır - bu isə məlum deyil. Yerli polis onun ailə yaxınlarına hələ də bir məlumat vermir".
Dostu ehtimal edir ki, Fərhad Osmanov Kiyev şəhərinə aparılıb:
"Fərhad evlidir. Dörd uşağı var. O itkin düşəndən sonra yoldaşı polisə müraciət edib, izahat yazıb. Fərhad 12 yaşlı oğlunu izləmək üçün telefonuna tətbiq yükləmişdi. Oradan aldığı siqnal ilə övladının harada olduğunu bilirdi. Elə özü itkin düşəndən sonra oğlu həmin tətbiq vasitəsilə atasının harada olduğunu müəyyən edib. 30 nəfər adam və polisin axtarış qrupu ilə Kiyevə yollanıblar. Çünki telefon oradan siqnal verirdi. Ancaq onlara Kiyevə keçməyə icazə verməyiblər.
Maraqlı məqamlardan biri də budur ki, idman zalından çıxarılıb maşına mindirildikdən sonra nəqliyyat vasitəsinin dövlət nömrə nişanı üç dəfə dəyişdirilib".
S.K. əlavə edib ki, Ukraynada kimisə günahlandırmaq istəyirlərsə, "vətən xaini" damğasını vururlar:
"Burada elədir ki, kiminsə bir az pulu varsa, onu geri atmaq istəyirlərsə, "vətən xaini" adlandırırlar. Biz kömək istəyirik ki, heç olmasa, onun sağ olub-olmaması barədə ailəsinə məlumat verilsin".
Dostu vurğulayıb ki, Fərhad Osmanovun ailəsi də təhlükə altındadır:
"Fərhadın xanımına kimsə zəng vurmuşdu, jarqon, qeyri-etik sözlər işlədərək hədə-qorxu gəlirdi".
O, Fərhad Osmanovun Sumqayıt şəhərində doğulub-böyüdüyünü, uzun müddət Ukraynada yaşadığını söyləyib. Həmçinin əlavə edib ki, Fərhad Osmanov Odessa şəhərində "Abşeron" adlı restoranın sahibidir.