20 Aprel 2025
Nikol Paşinyan dindirilmək üçün 44 günlük müharibəni araşdıran komissiyaya çağırılıb

Nikol Paşinyan dindirilmək üçün 44 günlük müharibəni araşdıran komissiyaya çağırılıb

Nikol Paşinyan dindirilmək üçün 44 günlük müharibəni araşdıran komissiyaya çağırılıb

26 May 2023 19:46 | Baxış sayı: 500

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyaya çağırılıb.

Bunu ölkə parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan bildirib.

O deyib ki, N.Paşinyan iyun ayında komissiyada dindiriləcək. Hökumət başçısı bir çox suala cavab verməli olacaq.

Xatırladaq ki, sözügedən komissiya 2022-ci ilin fevral ayında yaradılıb.

Bu il may ayının 3-də komissiyanın fəaliyyət müddəti daha 3 ay uzadılıb.