Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Nigeriyada ABŞ konsulluğunun karvanına hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
18 May 2023 17:05 | Baxış sayı: 484
Nigeriyanın cənub-şərqində naməlum şəxslərdən ibarət silahlı qrupun ABŞ konsulluğu və polis əməkdaşlarının olduğu avtomobil karvanına hücumu zamanı ölənlərin sayı 7 nəfərə çatıb.
Bu barədə Anambra ştatının polis rəisi Eçenq Eçenq bildirib.
“ABŞ konsulluğunun üç personal üzvü və dörd polis əməkdaşı öldürülüb. Daha iki nəfər qaçırılıb, onların axtarışı aparılır”, - polis rəisi diqqətə çatdırıb.
Daha əvvəl dörd nəfərin öldüyünü açıqlamışdı.
ABŞ rəsmilərinin verdiyi məlumata görə, karvanda Amerika vətəndaşı olmayıb. Maşınlarda doqquz nəfər olub.