SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlNetanyahudan Qəzza ilə bağlı sərt qərar: Atəşkəs şərti açıqlandı
19 Yanvar 2025 08:00 | Baxış sayı: 534
İsrailin Baş naziri Benyamin Netanyahunun qərarına əsasən, Qəzza bölgəsində atəşkəs rejimi yalnız HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim olunduqdan sonra başlaya bilər.
Musavat.com xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
HƏMAS-ın adını açıqlamayan nümayəndəsi bildirib ki, təşkilat üzvləri arasındakı ünsiyyət fiziki olaraq kuryerlər vasitəsilə həyata keçirilir. Siyahının hazırlanması və girovların yerinin müəyyən edilməsi İsrailin davam edən hava hücumları səbəbindən çətinləşir.
Qeyd olunur ki, siyahı əvvəlcə HƏMAS lideri Məhəmməd Sinvar tərəfindən təsdiqlənəcək və daha sonra İsrail tərəfinə göndəriləcək.
Atəşkəsin bu gün yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 10:30-da) başlaması planlaşdırılırdı. Lakin HƏMAS tərəfindən siyahı hələ təqdim edilmədiyindən bu proses gecikə bilər.