Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01NATO Ukraynaya çoxillik hərbi yardım proqramını qəbul edəcək
18 May 2023 17:17 | Baxış sayı: 478
İyulda keçiriləcək Vilnüs sammitində NATO liderləri Ukraynanın Qərb xətti ilə tamamilə yenidən silahlanması üçün ona çoxillik hərbi yardım proqramını qəbul edəcəklər.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Lissabonda keçirdiyi mətbuat konfransında deyib.
“Vilnüsdə keçiriləcək sammitdə Alyans ölkələri Ukraynaya onun sovet tipli doktrin və silahlardan Qərb doktrinlərinə tam keçidini təmin etməyə yönəlmiş çoxillik hərbi yardım proqramı qəbul edəcəklər”, - Stoltenberq bildirib.
Alyansın baş katibi onu da vurğulayıb ki, Vilnüsdə keçiriləcək sammitin ikinci mühüm qərarı Avropanın hərbiləşdirilməsi üzrə gələcək tədbirlərin təsdiqi olacaq. Ələxüsus NATO ölkələri müdafiə xərclərini artırmağa davam etməli və qanuni olaraq ÜDM-in 2 %-ni hərbi xərcləri üçün hədəf deyil, minimum səviyyəyə çatdırmalıdır.
“NATO ölkələrinin 2 %-dən başlayaraq yeni investisiya öhdəlikləri götürməsini gözləyirəm”, - hərbi blokun Baş katibi qeyd edib.