SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlNATO-nun “Dəmir canavar” təlimləri başlayıb
08 May 2023 21:45 | Baxış sayı: 577
Litvada NATO-nun iki həftəlik “Dəmir canavar - 2023” təlimləri başlayıb.
Bu barədə Litvanın LRT dövlət teleradio kanalı məlumat yayıb.
Manevrlərdə Litva və digər NATO ölkələrindən, o cümlədən Belçika, Kanada, Xorvatiya, Çexiya, Almaniya, Norveç, Portuqaliya, Lüksemburq, Polşa, Niderland, Norveç, Böyük Britaniya və ABŞ-dan 3 500-ə yaxın hərbçi və 600 hərbi texnika iştirak edəcək.
Təlim zamanı NATO-nun gücləndirilmiş döyüş qrupu və Litva Silahlı Qüvvələrinin Vaydotas piyada batalyonu hücum və müdafiə əməliyyatlarını məşq edəcək.
Təlimin əsas hissəsi Litvanın Yonava bölgəsindəki Qayjunay poliqonunda keçiriləcək, manevrlər zamanı yalnız orada partlayıcılardan istifadə olunacaq. Təlimlərin bəziləri yaşayış məntəqələrində də keçiriləcək: Ukmerq, Yonava, Kayşyadori və Kedaynay rayonlarının sakinləri qoşunları və hərbi texnikanı görə biləcəklər.