SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlNASA 2025 və ya 2026-cı ildə Aya astronavt göndərmək niyyətindədir
20 Aprel 2023 01:08 | Baxış sayı: 610
İki amerikalı astronavt 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində Artemis-3 missiyası çərçivəsində Ayın səthinə enə bilər.
Bu barədə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson deyib.
"2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində Ayın orbitinə dörd nəfərdən ibarət ekipaj göndərəcəyik. Onlar "SpaceX" eniş modulu ilə birləşəcək və dörd nəfərdən ikisi altı günlük missiya ilə səthə enəcək", - deyə B.Nelson bildirib.
O qeyd edib ki, Ayın səthinə bu eniş zamanı ilk dəfə qadın astronavt ayaq basa bilər.