20 Aprel 2025
Müəllimlərin NƏZƏRİNƏ! - BAŞLANIR

Müəllimlərin NƏZƏRİNƏ! - BAŞLANIR

Müəllimlərin NƏZƏRİNƏ! - BAŞLANIR

20 Sentyabr 2023 12:45 | Baxış sayı: 639

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilir.

Bu barədə AJMEDİA.İNFO-ya Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və minimum 5 saat dərs yükünə malik şəxslər qarşılıqlı yerdəyişmə prosesində iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

Qeydiyyatla bağlı təlimat videosunu linkə daxil olmaqla izləmək mümkündür: //youtu.be/UzutAmMm7T0

Əlavə suallarla bağlı müvafiq linkə keçid etməklə cavab ala bilərsiniz: //shorturl.at/aqsN6