SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlMüdafiə nazirləri Ukraynaya yardımı müzakirə edəcək
27 İyun 2023 22:02 | Baxış sayı: 540
Pentaqonun rəhbəri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistorius iyunun 28-də keçiriləcək görüşdə NATO-nun şərq cinahının gücləndirilməsi və Ukraynaya hərbi yardımı müzakirə edəcəklər.
Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Müdafiə naziri Ostin alman həmkarı Boris Pistoriusu Pentaqonda qəbul edəcək. Nazirlər NATO-nun şərq cinahını gücləndirmək üçün Almaniyanın dəstəyi və Ukraynaya hərbi yardımın artırılması da daxil olmaqla bir neçə məsələni müzakirə edəcəklər", - Rayder deyib.