SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlMSK sədrindən SƏRT XƏBƏRDARLIQ: "Onlar CƏZALANDIRILACAQ!"
10 İyul 2024 08:49 | Baxış sayı: 392
"Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq".
AJMEDİA.İNFO xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.
O, dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib.
"İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır".