20 Aprel 2025
“Məndən niyə soruşursunuz, Ramiz Mehdiyevin özünə zəng edin” – Qonaqlıqda kimlər olub?

“Məndən niyə soruşursunuz, Ramiz Mehdiyevin özünə zəng edin” – Qonaqlıqda kimlər olub?

“Məndən niyə soruşursunuz, Ramiz Mehdiyevin özünə zəng edin” – Qonaqlıqda kimlər olub?

04 May 2023 09:08 | Baxış sayı: 468

Prezident Administasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev aprelin 18-də "Mangal Steak House" restoranının "Muğam" zalında 85 illik yubiley mərasimini təşkil edib. İddia olunur ki, yubiley tədbirinə bir sıra keçmiş nazir və icra başçıları dəvət edilsələr də, onlar Mediyevin yubileyi qatılmayıblar, lakin akademik Arif Həşimov qatılıb. Onun iştirakı ictimaiyyətin qınağına səbəb olub.

AJMEDİA.İNFO xəbər verir ki, Pravda.az-ın əməkdaşı A.Həşimovla əlaqə saxlayıb.

Akademik məlumatı nə təsdiq, nə də inkar etməyərək suala belə cavab verib: “İştirak edənləri qınayırlarsa, qınasınlar, mən nə edə bilərəm? Bu sualı mənə niyə verirsiniz? Siz Ramiz Mehdiyevlə əlaqə saxlayın, o, özü, yəqin, deyər ki, qonaqları kim olub”.

O, əməkdaşımızın “Arif müəllim, məlumatı inkar da etmirsiniz, təsdiq də” sözünü isə gülərək belə cavablandırıb: “Çünki Ramiz Mehdiyevin yubileyidir, onun qonaqlarıdır, özünə zəng edin, soruşun, deyər ki, orada kim olub”.

Qeyd: Yubileylə bağlı məlumatı “Unikal.org” saytı yayıb.