SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlMayami meri ABŞ prezidentliyi postuna namizədlik uğrunda mübarizəyə qoşuldu
15 İyun 2023 03:07 | Baxış sayı: 589
Mayami şəhərinin meri Frensis Suares Respublikaçılar Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi uğrunda mübarizəyə qoşulduğunu rəsmən açıqlayıb.
45 yaşlı kuba əsilli amerikalı F.Suares 2017-ci ildə Mayami şəhərinin meri seçilib, 2021-ci ildə isə ikinci müddətə seçilib.
Qeyd edək ki, daha əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi uğrunda mübarizəyə keçmiş prezident Donald Tramp, Florida ştatının qubernatoru Ron Desantis, keçmiş vitse-prezident Mayk Pens, Cənubi Karolina ştatından senator Tim Skott, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Xeyli, Şimali Dakota ştatının qubernatoru Duq Berqam və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi qoşulublar.