20 Aprel 2025
Malidə hökumət nümayəndələrinə hücumda 4 nəfər ölüb

Malidə hökumət nümayəndələrinə hücumda 4 nəfər ölüb

Malidə hökumət nümayəndələrinə hücumda 4 nəfər ölüb

20 Aprel 2023 01:20 | Baxış sayı: 571

Mali hökumət nümayəndə heyətinə hücum edilib.

    Hadisə nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

    “Bu gün səhər Nara (Malinin qərbindəki şəhər, Mavritaniya ilə sərhəddən 37 km cənubda yerləşir) gedən rəsmi nümayəndə heyəti hücuma məruz qalıb. Ən azı dörd nəfər ölüb, bəziləri itkin düşüb”, - yerli hökumət rəsmisi agentliyə bildirib.

    O, həmçinin qeyd edib ki, regionda gərginlik hələ də yüksəkdir.

    Digər məmurun sözlərinə görə, hücumu “cihadçılar” həyata keçirib.