Bu şəxslər 1500 manatədək cərimə ediləcək - DİQQƏT!
13 saat əvvəlMagistraturaya qəbul olanların DİQQƏTİNƏ! - MÜDDƏT UZADILDI
18 İyul 2024 11:29 | Baxış sayı: 383
Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bu barədə AJMEDİA.İNFO Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bunun üçün bakalavrlar göstərilən vaxtadək //portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.
Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.