20 Aprel 2025
Litva Seymi miqrantların ölkədən çıxarılmasını qanuniləşdirib

Litva Seymi miqrantların ölkədən çıxarılmasını qanuniləşdirib

Litva Seymi miqrantların ölkədən çıxarılmasını qanuniləşdirib

25 Aprel 2023 17:30 | Baxış sayı: 514

Litva Seymi dövlət səviyyəsində fövqəladə vəziyyət şəraitində qanunsuz miqrantlara sığınacaq verilməsindən imtinanı rəsmiləşdirən qanun qəbul edib.

Bu təşəbbüsü 141 deputatdan 86-sı dəstəkləyib.

Qeyd olunur ki, səsvermə zamanı cəmi 8 deputat əleyhinə çıxıb, daha 20 deputat isə bitərəf qalıb. Qanun layihəsinə əsasən, bundan sonra Litva təhlükəsizlik qüvvələri sərhəd-keçid məntəqələrini qanunsuz yolla keçən miqrantları deportasiya etmək üçün icazə alacaq.

Litva Prezidenti Gitanas Nauseda müvafiq dəyişiklikləri dəstəkləsə, yeni normalar mayın əvvəlindən qüvvəyə minəcək.