20 Aprel 2025
Leysan səbəbindən 92 marşrutun hərəkətində ləngimələr oldu

Leysan səbəbindən 92 marşrutun hərəkətində ləngimələr oldu

Leysan səbəbindən 92 marşrutun hərəkətində ləngimələr oldu

16 Aprel 2025 12:12 | Baxış sayı: 338

İntensiv yağış nəticəsində paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində müvəqqəti çətinliklər yaranıb. 16 küçə və prospektdəki tunel və yollarda su yığılması səbəbindən 92 marşrutun hərəkətində ləngimələr müşahidə olunur.


AJMEDİA.İNFO bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına istinadən xəbər verir.


Qeyd olunur ki, Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi (tunel), Müzəffər Nərimanov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsi, tunel), Xəlil Rza Ulutürk küçəsi (metronun "Ulduz" stansiyası istiqamətində), Sabunçu dairəsi (Sabunçu bazarının yanı), Asif Əsədullayev küçəsi (Sabunçu qəsəbəsi, tunel), Binə, Qala, Mərdəkan, Şüvəlan qəsəbələrindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zabrat dairəsi, Polad Həşimov küçəsi, Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "Çermet" körpüsünədək, Qara Qarayev və Babək prospektləri, Rüstəm Rüstəmov küçəsi, Gəncə prospekti (hər iki istiqamətdə), Binəqədi və Bakı-Sumqayıt şoselərində marşrut avtobuslarının hərəkəti çətinləşib.


Bəzi ərazilərdə avtobusların hərəkət sxemi dəyişdirilərək alternativ yollarla təşkil edilib.