20 Aprel 2025
Lənkəranda səkidə dükan tikmə praktikası - FOTO

Lənkəranda səkidə dükan tikmə praktikası - FOTO

Lənkəranda səkidə dükan tikmə praktikası - FOTO

10 Yanvar 2024 05:46 | Baxış sayı: 450

Lənkəranda piyada səkilərinin üstündə dükan tikilməsi tendensiyası davam edir.Camaat arasında MTS adlanan məhəllənin girişində,Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində səkinin üstündə, böyük problemlərə əsas olacaq, 8-9 kvadrat metrlik xırda bir dükan tikilir.

AJMEDIA.İNFO xəbər verir ki, bu dükan 2 saylı poçt şöbəsinin divarına dirənməklə yanaşı,həm də məhəlləyə gedən qaz və elektrik xətlərinin altında inşa edilir. Dükanın tikilməsi məhəllə sakinlərinin piyada gediş-gəlişi üçün əməlli-başlı əngələ çevrilmişdir. Bundan əlavə isə böyük bir yaşayış massivinin girişini daraltmaqla gələcəkdə avtoqəzaların yaranma səbəbinə çevriləcəyi şəksizdir.Bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur.Şəkildən göründüyü kimi, dükanın divarı piyada səkisinin qabağını kəsir və bu səbəbdən piyadalar avtomobil yoluna çıxmalı olurlar.

Çətin ki,İcra hakimiyyətinin,Fövqəladə halların və şəhərsalmanın heç bir tikinti normalarına cavab verməyən bu xırda dükandan xəbəri olsun. YeniGundem.az

Teqlər:
Lənkəran