20 Aprel 2025
Kürdəmirdə ağır yol qəzası: Ölən və yaralananlar var + FOTO

Kürdəmirdə ağır yol qəzası: Ölən və yaralananlar var + FOTO

Kürdəmirdə ağır yol qəzası: Ölən və yaralananlar var + FOTO

25 Oktyabr 2023 07:12 | Baxış sayı: 586

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik maşını həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.(Report)