11 Dekabr 2024
Kişinin görüş zamanı qadına baxmamasının 3 SƏBƏBİ

Kişinin görüş zamanı qadına baxmamasının 3 SƏBƏBİ

Kişinin görüş zamanı qadına baxmamasının 3 SƏBƏBİ

08 Noyabr 2024 21:00 | Baxış sayı: 219

Göz təması ikili münasibətlər üçün çox vacibdir. Bəzən ola bilir ki, oğlan görüşə dəvət etdiyi qıza yox, başqa tərəfə baxır. Zərif cinsin bir çox nümayəndəsi isə əksər hallarda bundan səhv nəticə çıxarır: "O, məni sevmir".

AJMEDİA.İNFO-nun lent.az-a istinadən məlumatına görə, kişilər görüş zamanı tamamilə fərqli səbəblərə görə birbaşa baxışlardan çəkinirlər.

Utancaq

Ola bilsin ki, oğlan utancaq olduğu üçün qızın gözlərinə baxa bilmir.

Bu halda gəncin təvazökar və qətiyyətsiz olması mümkündür. Çox güman ki, yad və ya tanımadığı insanla ünsiyyət qurarkən birbaşa baxışlardan çəkinir.

Aşiq olduğu üçün özünə əsəbləşir

Güclü cinsin nümayəndəsinin həmsöhbətinə ciddi şəkildə aşiq olması da ehtimallar arasındadır.

Kişi hisləri ilə boğulur, çox əsəbidir və pərəstiş etdiyi obyektə baxmaqdan belə qorxur.

Fikirli

Bəzən isə göz təmasının olmaması kişinin düşüncəli olması ilə əlaqədardır.

O, daim öz problemləri haqqında düşünür, ona görə də qıza fikir vermir.