20 Aprel 2025
Kimya zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı dəqiqləşdirilib

Kimya zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı dəqiqləşdirilib

Kimya zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı dəqiqləşdirilib

12 May 2023 21:30 | Baxış sayı: 612

Sloveniyanın Koçevyedəki "Melamin" kimya zavodunda bir il əvvəl baş vermiş partlayışda 7 nəfər həlak olub.

Bu barədə cümə günü Sloveniyanın Mətbuat Agentliyi (STA) məlumat yayb. Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi.

2022-ci il mayın 13-də agentlik Koçevye yanğınsöndürmə xidmətinin rəhbəri Leon Bekhinə istinadən xəbər verib ki, mayın 12-də səhər saatlarında "Melamin" zavodunda baş verən partlayış nəticəsində 6 nəfər həlak olub. İlkin məlumata görə, hadisəyə səbəb işçilərdən birinin səhvi olub.

Qeyd olunur ki, həlak olanların yaxınlarına 300 min avroya yaxın təzminat ödənilib. STA-nın məlumatına görə, partlayışdan sonra zərəri 37 milyon avrodan çox qiymətləndirilən şirkət əvvəlki istehsalın təxminən 50 faizini bərpa edib, məqsəd 80%-lik göstəriciyə nail olmaqdır.