HƏMAS İsrailin Təl-Əviv şəhərinə raket ATDI
7 saat əvvəlİtaliyalı üzgüçü şəraitdən narazı olduğu üçün küçədə yatıb
05 Avqust 2024 13:47 | Baxış sayı: 265
İtaliyalı üzgüçü Tomas Çekkon Olimpiya kəndində idmançıların yaşadığı otaqlarda kondisioner olmadığından küçədə yatıb.
Oxu.Az xəbər verir ki, onun parkda yatmasını səudiyyəli avarçəkən Huseyn Alirez sosial şəbəkədə paylaşıb.
Paris Olimpiadasında qızıl medal qazanan idmançı parkdakı skamyanın yanına sərdiyi dəsmalın üzərində yatıb.
Çekkon daha öncə Tokio-2020-də təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək Fransa paytaxtındakı şəraitdən şikayət etmişdi. Xüsusilə, italiyalı idmançı isti havalarda otaqlarda kondisionerin olmamasını vurğulamışdı.
Qeyd edək ki, Tomas Paris-2024-də 100 m məsafəyə arxası üstə üzmə yarışında qızıl, eyni məsafəyə estafetdə bürünc medal qazanıb.