20 Aprel 2025
İtaliyada dəhşətli istilər: 14 şəhərdə xəbərdarlıq edildi

İtaliyada dəhşətli istilər: 14 şəhərdə xəbərdarlıq edildi

İtaliyada dəhşətli istilər: 14 şəhərdə xəbərdarlıq edildi

11 Avqust 2024 12:17 | Baxış sayı: 324

İtaliyada müşahidə edilən anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 14 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.

Xarici KIV-r xəbər verir ki, Səhiyyə Nazirliyi Roma, Bolzano, Breşia, Kampobasso, Florensiya, Frozinone, Genuya, Latina, Neapol, Palermo, Peruccia, Rieti, Verona və Viterbo şəhərlərində yüksək risk xəbərdarlığı edib.

Əhaliyə istilərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edən nazirlik vətəndaşları gün ərzində saat 11:00-18:00 arası yüksək temperatura məruz qalmamağa çağırıb.

Bazar ertəsi günündən başlayaraq çərşənbə axşamına qədər paytaxt Romada havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi regionlarda isə 45-48 dərəcəyə çatacağı gözlənilir.

Mütəxəssislər Mərkəzi-Cənubi Avropa üzərindəki antisiklondan qaynaqlanan anomal istilərin avqustun 15-dək davam edəcəyini bildiriblər.