Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib
12 İyun 2023 11:05 | Baxış sayı: 448
NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveç bu gün bir PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib.
Bu barədə Türkiyə mediası xəbər yayıb.
Məlumata görə, İsveç hökuməti 35 yaşlı bir PKK tərəfdarını Türkiyəyə ekstradisiya etmək qərarına gəlib.
Adı açıqlanmayan şəxs 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay müddətinə həbs cəzası alıb, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə gedib. Keçən il Türkiyə prokurorluğunun tələbi ilə o, cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün İsveçdə tutulub.