15 Sentyabr 2024
İsrail Yerusəlim bölgəsində rəhbərlik üçün bunker hazırlayıb

İsrail Yerusəlim bölgəsində rəhbərlik üçün bunker hazırlayıb

İsrail Yerusəlim bölgəsində rəhbərlik üçün bunker hazırlayıb

05 Avqust 2024 05:17 | Baxış sayı: 254

İsrailin Baş Təhlükəsizlik Xidməti Yerusəlim bölgəsində İsrail rəhbərliyinin uzun müddət qala biləcəyi və ölkəni oradan idarə edə biləcəyi yeraltı bunkerin istismarına hazırlaşıb.

Bu barədə İsrailin “Walla” portalı məlumat yayıb.

Ynet portalının məlumatına görə, Yerusəlim ərazisində yeraltı bunker yaratmaq qərarı 2007-ci ildə İkinci Livan müharibəsinin nəticələrindən sonra verilib.

Rəsmi olaraq “Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi” adlandırılan bu bunker raket zərbələrindən və müxtəlif növ silahlardan qorunur. Bunkerin yeri və dərinliyi ilə bağlı isə heç bir məlumat verilmir.