SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİsrail müharibədə ölən hərbçilərinin sayını AÇIQLADI
16 Oktyabr 2023 11:48 | Baxış sayı: 618
HƏMAS ilə toqquşmalarda indiyədək 291 İsrail əsgəri həyatını itirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə IDF-nin sözçüsü Daniel Hagari məlumat yayıb.
"Atəşkəs yoxdur, keçidlər bağlıdır və cinayət təşkilatı HƏMAS-La mübarizəyə və hücumlara davam edirik", - deyə açıqlamasında əlavə edib.
Oktyabrın 7-dən bəri fasiləsiz olaraq davam edən intensiv bombardmanın 10-cu günündə Qəzzada cəmi can itkisi 2 min 750-yə, yaralıların sayı isə 9 min 700-ə yüksəlib. Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin öldüyü, 3436 israillinin yaralandığı bildirilib.(Unikal)