03 May 2025
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istədi

İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istədi

İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istədi

01 May 2025 10:41 | Baxış sayı: 332

İsrail Yerusəlim yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan kömək istəyib.


AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.


"Son saatlarda mən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan (meşə yanğınlarının söndürülməsi üçün) havadan dəstək istədim", - məlumatda qeyd olunub.


Qeyd edək ki, çərşənbə günü səhər Yerusəlimin qərbində meşə yanğınları başlayıb və sürətlə nəzarətdən çıxıb. Hakimiyyət bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyyə edildiyini elan etməli və bir neçə yolu bağlamalı olub. İsrailin Aşkelon, Beer Şeva, Modiin və s. şəhərlərində Müstəqillik Günü tədbirləri hava şəraitinə görə ləğv edilib.