SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİsrail genişlənir: dəhlizi ələ keçirdi
13 Aprel 2025 16:00 | Baxış sayı: 479
İsrail ordusu Qəzza zolağının cənubundakı 12 kilometrlik Moraq dəhlizini ələ keçirərək, faktiki olaraq Rəfahı Xan Yunisdən ayırıb.
AJMEDİA.İNFO xəbər verir ki, İsrail ordususu Rəfah şəhərini tamamilə mühasirəyə aldığını açıqlayıb.
Eyni zamanda bildirilir ki, İsrail quru qoşunları ölkənin müdafiə naziri İsrail Katzın daha əvvəl bəyan etdiyi kimi, Qəzza zolağında əməliyyatlarını genişləndirir.
Hazırda anklavın Daraj Tufa bölgəsində əlavə hücumlar həyata keçirilir.
“Bu əməliyyatın məqsədi ərazidə təhlükəsizlik nəzarətini gücləndirmək və təhlükəsizlik zonasını genişləndirməkdir. Bu günə qədər qoşunlar onlarla terrorçunu məhv edib, terrorçuların infrastrukturunu və müşahidə məntəqələrini dağıdıb", - ÇAXAL-ın məlumatında deyilir.//axar.az