SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlİspaniya Slovakiya və Rumıniyaya daha 800 hərbçi göndərəcək
11 İyul 2023 22:12 | Baxış sayı: 798
İspaniya Şərqi Avropada NATO qüvvələrini gücləndirmək üçün əlavə 800 hərbçi göndərməyi planlaşdırır.
Bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, İspaniya NATO-nun Slovakiyada yerləşdirdiyi və hazırda Çexiyanın rəhbərlik etdiyi döyüş qrupunun rəhbərliyini öz üzərinə götürmək niyyətindədir.
Beləliklə, Madrid Slovakiyaya 600, Rumıniyaya isə 200 hərbçi göndərəcək.
Slovakiyanın müdafiə naziri Martin Sklenar NATO-nun sammitində jurnalistlərə deyib ki, ölkəsinin müdafiəsi bir neçə yüz ispan əsgəri tərəfindən daha da gücləndirilməlidir.
Qəzet bildirir ki, ordunun yerləşdirilməsi 2024-cü ildə baş tutacaq.