SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİŞİD İstanbulda kilsəyə hücumu öz üzərinə götürüb
29 Yanvar 2024 05:57 | Baxış sayı: 579
İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Maria” kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” terrorçuların bəyanatına istinadən məlumat yayıb.
Qeyd edək ki, “Santa Maria” kilsəsinə silahlı hücum edən iki şübhəli saxlanılıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hər iki şəxs İŞİD üzvüdür.