SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİş adamı saxta içkidən zəhərlənib öldü - FOTO
26 Dekabr 2024 17:12 | Baxış sayı: 286
Türkiyədə keçmiş iş adamı 59 yaşlı Rıza Kalkavan saxta içkidən zəhərlənərək ölüb.
AJMEDİA.İNFO yerli mediaya istinadla bildirir ki, bu barədə məlumatı jurnalist Asena Ozkan yayıb.
Məlumata görə, iş adamı son günlər maddi sıxıntıdan əziyyət çəkib. O, pulsuzluqdan mağazadan 30 litr saxta spirtli içki alaraq, evdə içib. Daha sonra görmə qabiliyyətini itirdiyi üçün dostu tərəfindən xəstəxanaya yerləşdirilib. Lakin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rıza Kalkavan 2022-ci ildə xərçəngdən dünyasını dəyişən aktrisa Billur Kalkavanın qardaşıdır.