Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub
dünən 18:41İrəvanda keçirilən bu aksiya qəbuledilməzdir - İsrail
04 Yanvar 2024 06:58 | Baxış sayı: 575
Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion X hesabında İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb.
“2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, - o yazıb.
Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasisti Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.