SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİranın 7 əyalətində saxta spirtli içkidən zəhərlənmə qeydə alınıb
04 İyul 2023 09:33 | Baxış sayı: 415
Son iki həftə ərzində İranın 7 əyalətində saxta spirtli içkidən 41 nəfərin zəhərləndiyi qeydə alınıb.
Məlumatı “RadioFarda” yayıb.
Bildirilib ki, İranın Gilan, Alborz, Qərbi Azərbaycan, Hörmüzqan, Tehran, Mazandaran və Qəzvin əyalətlərində son iki həftədə saxta spirtli içkidən zəhərlənənlərin sayı artıb.
Ənzəli dəniz limanının polis rəisi Mehdi Nəcəfpur bildirib ki, iyulun 3-də 4 sərnişin saxta spirtli içkidən zəhərlənib.
Alborz əyalətinin təcili yardım xidməti mərkəzinin başçısı Əhməd Məhdəvinin sözlərinə görə, bölgədə son zamanlar saxta alkoqollu içkidən 191 zəhərlənmə qeydə alınıb, 17 nəfər ölüb. O, həmçinin 4 nəfər müalicə olunduğunu, daha bir neçə nəfərin isə gözlərinin tutulduğunu söyləyib.
Bir müddət əvvəl İranın Məhkəmə-Tibbi Ekspertiza təşkilatının başçısı Abbas Məscidi bildirib ki, İran təqvimi ilə (martın 22-dən başlayır) bu ilin ilk 3 ayında saxta spirtli içkidən 644 nəfər ölüb, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur.