SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"Instagram"da bu funksiya LƏĞV EDİLİR
18 Oktyabr 2024 12:19 | Baxış sayı: 253
"Instagram"da mesajlaşma zamanı ekran görüntüsü çəkməyə icazə verilməyəcək.
AJMEDİA.İNFO xəbər verir ki, platforma istifadəçi məxfiliyini artırmaq məqsədilə "Vanish Mode" rejimində ekran görüntüsü çəkməyi məhdudlaşdıracaq.
Hazırda bu modda ekran görüntüsü çəkdikə qarşı tərəfə bildiriş göndərilir. Yenilik sayəsində mesajların ekran görüntüsünün çəkilməsinin qarşısı tamamilə alınacaq.
"Instagram" bununla xüsusilə gənc istifadəçilərin kiber zorakılıqdan qorunmasını hədəfləyib. Texnoloji həllərin tam məxfilik təmin etmədiyini nəzərə alsaq, bu cür təhlükəsizlik tədbirləri istifadəçilər arasında daha təhlükəsiz ünsiyyətə töhfə verəcək.
Qeyd edək ki, köhnə "Instagram" versiyalarında və veb versiyada ekran görüntüsü çəkmək isə hələ də mümkün olacaq.