İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİnsan Hüquqları Şurası Ukrayna və Sudandakı vəziyyəti nəzərdən keçirəcək
18 İyun 2023 22:02 | Baxış sayı: 660
İsveçrənin Cenevrə şəhərində BMT İnsan Hüquqları Şurasının 53-cü sessiyası başlayır.
Sessiya ərzində Ukrayna, Sudan, Əfqanıstan, Suriya, İran, Venesuela, Nikaraqua və digər ölkələrdəki vəziyyətə baxılacaq.
Sözügedən ölkələrdə miqrantların və köçkünlərin hüquqlarının təmin edilməsi müzakirəyə çıxarılacaq.
Sessiyanın ilk günündə BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk dünyada hüquq və azadlıqlar sahəsində vəziyyətə dair illik hesabatını təqdim edəcək. Bu mövzuda müzakirə iyunun 20 və 21-nə nəzərdə tutulub.
Forum iyulun 14-dək davam edəcək.
Qeyd edə ki, İnsan Hüquqları Şurası BMT-nin hökumətlərarası orqanıdır. O, 2006-cı ildə İnsan Hüquqları Komissiyasının varisi kimi yaradılıb.