SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİnflyasiyanın azaldılması çətin olacaq və vaxt alacaq
23 İyun 2023 03:07 | Baxış sayı: 708
Böyük Britaniyanın Baş naziri Rişi Sunak inflyasiyanın azaldılmasının asan olmayacağını və bunun zaman alacağını bildirib.
Baş nazir bunu ölkənin iş adamları ilə görüşdə deyib.
O, inflyasiyanın bu ilin sonuna qədər 5 faizə endirilməsi öhdəliyini bir daha xatırladıb.
İnflyasiyanı azaltmaq üçün lazımi addımları atdıqlarını qeyd edən Rişi Sunak deyib: “Bir daha təkrar etməliyəm ki, inflyasiyanın azaldılması üçün çalışırıq və bu asan deyil”.