SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİmtahandan maksimum bal topladı - FOTO
21 İyun 2024 09:11 | Baxış sayı: 506
Xəbər verdiyimiz kimi, sertifikasiya prosesinin test imtahanı mərhələsinə başlanılıb.
AJMEDİA.İNFO Viral.az-a istinadən xəbər verir ki, Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Saidə Bayramova sertifikasiyadan 60 bal toplayıb.
Müəllim imtahanla bağlı təəssüratlarını bölüşüb. Qeyd edib ki, ixtisasla bağlı suallar çox asan olub:
“Kurikulum sualları isə bir az düşündürücü olsa da, elə də çətin deyildi. Düşünürəm ki, 60 balı toplamaq çətin deyil. Bundan öncə sınaq imtahanlarında iştirak edən zaman 1-2 səhvim olurdu. Ona görə də, maksimum nəticə göstərəcəyimə əmin deyildim. Amma imtahana daha diqqətli və ciddi yanaşandan səhv etməmək mümkün imiş”.