Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
dünən 13:01İlon Maskdan açıqlama: İkinci şəxsi də çiplədilər
05 Avqust 2024 07:47 | Baxış sayı: 319
Məşhur amerikalı sahibkar İlon Mask artıq ikinci şəxsin də “Neuralink” şirkətindən implant aldığını açıqlayıb.
Lent.az xəbər verir ki, Mask bu barədə məşhur yutuber Leks Fridmanın podkastında məlumat verib.
Mask Neuralink implantasiya prosedurunun uğurlu olduğunu bildirib. Onun sözlərinə görə, xəstənin beynində 400 elektrod işləyir.
“Mən onu incitmək istəmirəm, amma ikinci implantda hər şey yaxşı gedir. Çoxlu siqnallar, çoxlu elektrodlar var. Çox yaxşı işləyir”, - deyə o bildirib.